Tək dəqiqlikli
Tək dəqiqliklikli(single-precision,с одинарной точностью,tek duyarlıklı)-sürüşkən nöqtəli ədədin, adətən, proqramlaşdırma dili tərəfindən təklif olunan iki, yaxud daha çox variant içərisində ən kiçik dəqiqliyi olan tipi. Həqiqi dəqiqlik proqramlaşdırma dilindən və həmin dilin kompilyatorundan asılı olaraq dəyişir və sürüşkən nöqtəli ədədlərin emal olunub-olunmamasından asılı olur. Tək dəqiqlik FORTRAN dilində REAL kimi, C, C++, C#, Java və Haskell dillərində float kimi, Delphi (Pascal), Visual Basic, və MATLAB dillərində single kimi tanınır. Ancaq Python, Ruby, PHP və OCaml dillərində float, Octave dilinin 3.2-dən aşağı versiyalarında isə single ikiqat dəqiqlikli ədədləri göstərir.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 781 s.